Su İdman Sarayı məcburi köçkünləri evsiz qoyur (VİDE)

 “Səbail Rayonunun İcra Hakimiyyəti bu polisləri bura göndərib və tapşırıb ki,gedin onların evlərini buldozerin qabağına verin, çıxıb getsinlər”.

Səbail rayonundakı Əhəd Yaqubov küçəsi ev 97-də yaşayan məcburi köçkün ailəsi, Səbail Rayon İcra Hakimiyyəti və polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalıb. Buna səbəb 2012-ci il avqustun 30-dan Su İdman Sarayının tikilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncamdır. Füzulidən məcburi köçkün olan  Qiymət Səfərova deyir ki, heç bir məhkəmə qərarı olmadan dövlət ehiyacı adı ilə şəxsi mülkləri əllərindən alınır. Əsas kimi də həmin sərəncam göstərilir. Özləri isə Mehdabbadakı məcburi köçkünlər üçün salınan şəhərciyə göndərilir:

 “Evimiz yeddi otaqlıdır. Necə oldu başqa rayonlardan gələnləri təmin edirlər, barmağımın üzüyünü satdım ki, balalarımın evi olsun. Məni köçkünlərin yataqxanasında təmin etmədilər ki, oğlunun şəxsi evi var. Gəldim bura. Əlavə otaqlar tikdim. İndi yataqxanda qalanlara da iki otaq verilir bizə də? Bu oğlumun evidir. Şəxsi vəsaiti ilə tikib. Kompensasiyam ödənilsin. Mən çıxıram”.

Sözügedən ərazidə 107 məcburi köçkün, 200-ə yaxın isə yerli ailə olub. Sakinlər deyir ki, o ailələrin əkəriyyəti polislərin təzyiqləri ilə köçürülüb. 6 hektarləq ərazidə inşası aparılan Su İdman Sarayında isə üç  üzgüçülük hovuzu nəzərdə tutulub.Sarayda keçiriləcək idman yarışlarını 6 min tamaşaçı izləyəcək. Lakin bu işlərin dövlət ehtiyacı adı ilə aparılması burada yaşayan məcburi köçkünlərin narazılığına səbəb olub. Başqa bir məcburi köçkün Vaqif Əliyev bildirir ki, köçürülmə ilə bağlı onlara heç bir sənəd göstərilmir:

“Heç bir nazirlər kabinetinin qərarını göstərmirlər. Heç bir sənəd göstərmirlər ki, bu nə qərardır bu evlər sökülsün. Evdən də heç nəyi götürməyə imkan vermirlrər. Nazirlər Kabinetində yoldaşım olub. Deyilib ki, gedin evinizdə özününz yandırın, öldürün qapınızdan çölə çıxmayın”.

Köçkünlər deyir ki, yaşadıqları evləri özləri şəxsi hesablarına tikiblər və bütün sənədləri də qaydasında olub. Bu səbəbdən də kompensasiya tələb edirlər. Lakin Səbail Rayon İcra Hakimiyyətinin sektor müdiri İsrafil Kərimov həmin sənədləri qanunsuz sayır və bildirir ki, o ərazilər Dövlət Neft Şirkətinə məxsusdur:

 “Həmin ailələr həm ev, həm də kompensasiya istəyirlər, o da yolverilməzdir. Orda Ermənisatn qaçqınları var. Onalra kompensasiya ödəniləcək gedəcəklər. Onların qeydiyyatı var. Amma digər məcburi köçkünlərin  mülkiyyət sənədi yoxdur.Onlar neft şirkətinin, “JEK”-in sənədini göstərirlərsə, o sənəd deyil. Orada olan evlərin 95 fazi qeyri-qanunididr”

Sakinlərin köçürlüməsinin dövlət ehtiyacı olduğunu vurğulayan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat Xidmətinin rəhbəri Elçin Qədimov deyir ki, ərazidə hansısa böyük layihələr reallaşcaq:

 “Oranın köçürülməsini biz müəyyənləşdirimirik. Həmin ərazidə dövlət ehtiyacı olduğundan orda məskunlaşan sakinlərin köçürülməsinə zərurət yaranıb. Dövlət tərəfindən təmirli mənzillər alınır verilir. Komitə də onları ora köçürdür. Orda hansısa böyük layihələr həyata keçiriləcəyindən, dövlətin ehtiyacı üçün zərurət yaranır”.

Ərazidə aparılan tikintinin dövlət ehtiyacı olub-omaması ilə bağlı Nazirlər Kabineti ilə də əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Akif Əli bildirdi ki, aparılan tikilidən onlar xəbərsizidir:

“Dövlət yol çəkəndə kompensasiya verilir. Amma konkret bu məsələdə bilinmir kim tikir, niyə tikir”.

Gənclər və İdman Nazirliyindən də bu köçürülmənin hansı əsasla aparılması barədə məlumat olmadığı vurulandı və bildirildi ki, onlara verilən ərazidə heç bir yaşayış yeri olmayıb:

 “Sarayla bağlı verilən ərazinin  ətrafındada heç bir yaşayış olamayıb. Orda hansısa qıraqdakı evlər sökülürsə, bundan bizim xəbərimiz yoxdur”

Bütün bu köçürülmə işlərində məsuliyyətli şəxs olan Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşı  Bəyverdi Novruzov isə iddia edir ki həmin ərazidə Üzgüçülük Akademiyası tikildiyindən bu dövlət ehtiyacıdır. Bu səbəbdən də onlara verilən tapşırığa əsasən həmin ərazidə yaşayan sakinlər köçürülür.  Dövlət ehtiyacı iddia edilən tikili ilə bağlı  “Nazirlər Kabinetinin hər hansı bir qərarı varmı?” sualını isə cavabsız qoyur.

“Köçkünlərə onlara cənab prezidentin tapşırığı ilə hazır mənzil verilir. Onlar da imtina edirlər. Onlar beş nəfərdir. ..bunlar deyir ki bizə hökmən kompensasiya verin. Onların evləri qanunsuz olduğuna görə onlara kompensasiya verilmir. Heç bir qanuni sənədi yoxdur.

Biz Bayraq Meydanının genişləndirilməsi və stadionun tikilməsi ilə bağlı verilən qrara görə ordakı ailələri köçürürük. Deyirəm mənə başqa sualınız var?”

Vəkil Pərvin Musazadə bildirir ki, aparılan köçürülmə işləri qeyri-qanunidir və bir halda ki, orda yaşayan digər sakinlərə kompensasiyalar verilib, özləri ev tikən məcburi köçkünlərə də pul verilməlidir. Burada ayrı-seçkilik aparılmamalıdır.

 “Mülki məcəlləyə əsasən dövlət ehtiyacı koteqoriyasına kommunikasiya və digər xəttlərin çəkilməsi, sərhəd zolağının müəyyənləşdirilməsi və müdafiə obyektlərinin tikilməsi daxildir. Torpaqların dövlət ehtiyacı ilə bağlı alınması haqqda qanuna əsasən yalnız Nazirlər Kabinetinin qərarı qanuni əsas kimi çıxış edə bilər. Su İdman sarayının tikilməsi dövlət ehtiyacı sayılmır. Həm də nazirlər kabinetinin qərarı mövcud deyil”

Vəkilin sözlərinə görə, həmin sakinlərin kompensasiya tələb etməsi əsaslıdır. Çünki həmin pulla onlar mülk almalıdır. Bunu da Su sarayını tikən qurum nəzərə almalı idi. Əks halda sakinlər məhkəməyə müraciət edərək öz hüquqlarını tələb edə bilərlər

Ana səhifəVideoSu İdman Sarayı məcburi köçkünləri evsiz qoyur (VİDE)