Su bolluğunda quraqlıq: Ermənistan su çatışmazlığı ilə üzləşib

Hazırkı hövzələrdəki su çatışmazlığı təkcə hava şəraiti ilə bağlı deyil

Source: авыфа

Məqalə

JAMnews

saytında dərc olunub.

Hazırkı hövzələrdəki su çatışmazlığı təkcə hava şəraiti ilə bağlı deyil

Müharibəni uduzandan, siyasi böhrandan və aşkar ehtiyat çatışmazlığından sonra Ermənistana daha bir bəla üz verib – o, yarıboş su hövzələri ilə qarşı-qarşıya qalıb. Kənd sakinləri hökumətin diqqətini bu fəlakətə cəlb etmək üçün vaxtaşırı dövlətlərarası yolları kəsir. Hərçənd hakimiyyətin onsuz da su çatışmazlığından xəbəri var. Bununla belə, problemi çözmək və məhsulu xilas etmək çox çətin olacaq.

Yağıntının azlığı, qızmar yay və illərlə üst-üstə yığılmış problemlər elə bir vəziyyətə gətirib çıxarıb ki, bundan belə suvarma sistemini təməlli dəyişmək və onlarla yeni su hövzələri tikmək lazım gələcək.


Erməni kəndindıə nə baş verir

Ermənistan sənaye ölkəsi sayılsa da, kənd təsərrüfatı iqtisadiyyatda əhəmiyyətli rol oynamağa davam edir. Onu demək kifayətdir ki, Ermənistan ÜDM-nun 11 faizi kənd təsərrüfatının payına düşür. Məhz bu sahədə yüz minlərlə adam işləyir. Bununla belə, kənd təsərrüfatı “ötən əsrdə qalıb” və məsul şəxslər bunu etiraf edirlər.

Texnologiya kəndə çox yavaş gedib çatır, ölkədə Aqrar Universitetin mövcudluğuna rəğmən, səriştəli mütəxəssislər çatışmır. Nəticədə insanlar torpağı iyirmi il bundan öncəki kimi şumlayırlar. Təəccüblü deyil ki, əmək mühacirlərinin və ölkəni həmişəlik tərk edənlərin əsas axını kənd sakinləridir.

Lakin torpağın ölkəni yedizdirməsi üçün onu şumlamaq lazımdır. Əsas şərt suyun mövcudluğudur. Bax elə məhz o böhranlı şəkildə çatışmamağa başlayıb. Su hövzələrinin yalnız dörddə biri doludur.

Armavir vilayətinin əhəmiyyətli hissəsini su ilə təchiz edən Axuryansk su hövzəsi, iyunun məlumatlarına görə, ötənilki 66 faiz əvəzinə bu il təkc 27 faiz doludur. Ölkənin bütün su hövzələrində oxşar mənzərədir.

Suyun verilməsində ardı-arası kəsilməyən fasilələr insanları qeyri-mütəşəkkil mitinqlərə çıxmağa məcbur edir. Bölgə sakinləri yeni etiraz üsulu tapıblar. Onlar paytaxta getmək əvəzinə sadəcə yolları kəsir və şlyuzları açmağı tələb edirlər. Yerli hakimiyyət tələblə razılaşır. Lakin problem bir həftədən bir təkrarlanır.

Andranik Şmavonyan Armavir vilayətinin Aytax kəndində yaşayır. İcmadakı torpaqların kiçik bir hissəsi artezan suyu ilə qidalanır. Amma o bütün ərazini sulamağa çatmır. Torpağın sulanmamış hissəsi hətta vizual olaraq fərqlənir. Saralmış otlar açıq-aşkar quraqlıqdan xəbər verir. Nəticədə Andranik inəklər üçün lazım olandan qat-qat az ot çala bilib. Düşdüyü vəziyyətə yumor hissi ilə yanaşır:

“Məndə hər şey idealdır. İlkin biçində 90 tay quru ot yığmışdım. İndi heç 40-nı da yığa bilməyəcəm”.

Andranik hesab edir ki, bu il pomidor, xiyar, qarpız əkməkdən imtina etməkdə bəxti gətirib. Həmin növlər gündəlik suvarma tələb edir, odur ki, onları əkən insanlar həlli olmayan problemlərlə üz-üzə qalıb.


Hakimiyyət problemi necə çözməyə hazırlaşır

Suvarma su təchizində fasilələr davam edir. Məsul şəxslər də bu barədə aşkar şəkildə bəyan edirlər.

Ölkənin su komitəsi məhsul itkisinin qarşısını az da olsa almaq üçün ehtiyatın bir hissəsini Ararat vadisinə istiqamətləndirəcəyinə ümid bəsləyir. Lakin problemin köklü şəkildə çözülməsi minimum bir neçə il və on milyonlarla dollar tələb edir. Ermənistana yeni su hövzələri lazımdır.

Hökumət artıq 16 kiçik və orta su hövzəsin inşasının anonsunu verib. Gələn il Vedi kəndi yaxınlığında su hövzəsini istismara verməyi planlaşdırır. O, Ararat vilayətinin 24 icmasını su ilə təchiz etməlidir. Obyektin inşası artıq bir neçə ildir ki davam edir. Amma hətta bu layihə belə böyük problemin kiçik bir hissəsini çözmək iqtidarındadır.

Hazırkı hövzələrdəki su çatışmazlığı təkcə hava şəraiti ilə bağlı deyil. Axuryan su hövzəsi Türkiyə ilə sərhəddə yerləşir. Su komitəsinin rəhbərinin dediyinə görə, qonşu ölkə əvvəllər hövzəyə tökülən suyun daha çox hissəsini götürməyə başlayıb.

“Problem bu gün meydana gəlməyib. O, 15 ildir ki davam edir. Türkiyədə onlarla yeni su hövzəsi tikilib. Və onlar çaydan çoxlu su götürməyə başlayıb. Nəticədə biz qiymətli ehtiyatsız qalmışıq. İndi biz öz su hövzələrimizin inşası ilə məşğul olmağa başlayacağıq. Bunlar əsasən kiçik və orta həcmli su hövzələri olacaq”.


Ermənistanı nə xilas edə bilər?

Paradoksaldır, lakin Ermənistan bölgədə su ehtiyatı üzrə ən varlı ölkələrdən biri sayılır. Sevan gölündən həmçinin suvarma üçün istifadə olunur. Lakin köhnə texnologiyalar və torpaq şumlama üsulları ucbatından su hövzələrindən buraxılan suyun böyük bir qismi israf olunur.

Damcılı suvarma sistemi vəziyyətdən çıxış yolu ola bilərdi. Su sahəsi məhz bu istiqamətdə inkişaf edəcək. Proqram artıq anons edilib. Lakin böyük bir problem var. Damcı üsulu çox baha başa gəlir.

Son illər ərzində təkcə iri təsərrüfatlar damcı suvarma sistemindən istifadə edə bilib.

Rəqəmlər hər şeyi açıqlayır: bu cür sistem yalnız təxminən 100 təsərrüfatda var, 120-si torpağı ənənəvi yolla suvarmaqda davam edir.

Amma bu o demək deyil ki, damcı sistemi bir neçə hektara sahib olanlar üçün həmişəlik əlçatmaz olacaq, – mütəxəssislər əmindirlər. Dövlət bu məsələdə də mühüm rol oynamalıdır.

İllərlə damcı suvarma sisteminin quraşdırılması ilə məşğul olan mühəndis Gevorq Vardanyan dövlətə hər kənddə kiçik su hövzələri tikməyi təklif edir:

“Kiçik hövzə 900 kubmetrədək su tutur. Bu, bir-iki kəndi suvarmağa imkan verir. Bu cür hövzələri bütün kəndlərdə tikmək mühümdür. Sonra da nasosların köməyi ilə həmin suyu konkret torpaq sahələrinə çatdırmaq lazımdır”.

O hesab edir ki, su hövzələrinin inşası və suyun konkret fermer torpaqlarına çatdırılması üçün bütün xərcləri dövlət öz üzərinə götürməlidir. Hər icma üçün bu, iki-üç milyon dollara başa gələcək. Hər hektar üçün fermerin özü daha min dollar xərcləməlidir ki, damcı suvarma sistemi quraşdırılsın.

Əgər fermer problemin bu yolla çözümünə əmin olsa, o, mütləq öz pulunu sərf edəcək, – Gevorq Vardanyan hesab edir. Suyun çatışmazlığı problemi, boruların və kanalların köhnəliyi kəndlilər üçün əsas başağrısıdır.

Elə vaxt çatıb ki, dövlət diqqətini sadəcə kənd təsərrüfatı sahəsinə yönəltməməli, həm də inqilabi addımlar atmalı və kəndə ciddi maliyyə vəsaitləri yönəltməlidir. Əks-halda kənd təsərrüfatı birdəfəlik və ümidsiz şəkildə geri qalacaq.

Ana səhifəXəbərlərSu bolluğunda quraqlıq: Ermənistan su çatışmazlığı ilə üzləşib