Stiven Siqal İlham Əliyevlə görüşüb

Stiven Siqal digər məşhur aktyor – Jerar Depardye kimi qonorar müqabilində beynəlxalq aləmdə Vladimir Putinin müsbət imici üçün lobbiçilik edir

Source:


Stiven Siqal digər məşhur aktyor – Jerar Depardye kimi qonorar müqabilində beynəlxalq aləmdə Vladimir Putinin müsbət imici üçün lobbiçilik edir

Məşhur Hollivud aktyoru Stiven Siqal Azərbaycana gəlib. Bakıda onu dövlət başçısı İlham Əliyev qəbul edib.

Rəsmi məlumata görə, aktyor iyunda Bakıda keçirilmiş Avropa Oyunlarına yüksək qiymət verib. S. Siqal Bakıda birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunmasının və bu yarışlarda çoxlu sayda idmançının iştirakının onda böyük heyranlıq yaratdığını deyib. Birinci Avropa Oyunları ilə bağlı görülən işlərin misilsiz dərəcədə möhtəşəm olduğunu vurğulayan qonaq ümumiyyətlə Azərbaycanda qazanılan nailiyyətlərin dünyada tanıdılması və təbliğinin önəmini qeyd edib.

Aktyorun səfərinin məqsədi, onu kimin dəvət etdiyi və səfərin proqramı açıqlanmır. Lakin bu yaxınlarda Stiven Siqal Rusiyaya da səfər edib və Putinin Qərbə qarşı siyasətini dəstəkləyib. O, həmçinin Çeçenistan lideri Ramzan Kadırovla görüşüb, Siqalı onunla şəxsi dostluq birləşdirir. Demokratik Rusiya mətbuatı qeyd edir ki, Stiven Siqal digər məşhur aktyor – Jerar Depardye kimi qonorar müqabilində beynəlxalq aləmdə Vladimir Putinin müsbət imici üçün lobbiçilik edir.

Ana səhifəXəbərlərStiven Siqal İlham Əliyevlə görüşüb