Steynar Gil: Azərbaycan Avropa Birliyinin dəyərlərini bölüşmür

”Gürcüstanda biz daim rahat işləmişik”

Source:
Steynar Gil
Steynar Gil

”Gürcüstanda biz daim rahat işləmişik”

Norveçin Azərbaycanda keçmiş səfiri

Steynar Gil

iki ölkə arasında baş verən son hadisələrə münasibət bildirib.

“Turan” agentliyinə ölkəsinin Azərbaycandakı səfirliyin bağlanıb, əvəzinə Gürcüstanda açılması barədə qərarını şərh edən diplomat bildirib ki, bu barədə Norveç Xarici İşlər Nazirliyinin bəyanatında açıq deyilib.

“Gürcüstan 2012-ci ildən Osloda səfirlik açıb. Gürcüstanda biz daim rahat işləmişik, belə ki, bu ölkədə islahatlar fəal aparılır və Gürcüstan bizim dəyərlərimizi bölüşür. Eyni şeyi Azərbaycandakı rejim haqqında demək olmaz”, S.Gil deyib.

S.Gil 13 il bundan əvvəl Norveçin Azərbaycanda səfiri olub.

Ana səhifəXəbərlərSteynar Gil: Azərbaycan Avropa Birliyinin dəyərlərini bölüşmür