“Statoil”un Azərbaycandan getməsi xəbərləri yayılıb

Məlumatların yayılmasında Rusiyanın maraqlı olduğunu düşünənlər də var

Source:


Məlumatların yayılmasında Rusiyanın maraqlı olduğunu düşünənlər də var

Aprelin 16-da Norveçin neft-qaz şirkəti, səhmləri dövlətin əlində olan “Statoil”un Azərbaycandan getməsi xəbərləri yayılıb.

Bu barədə məlumat yayan “Caspian Barrel”-in bildirdiyinə görə, 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərən Norveç şirkətinin getməsi xəbərləri sürətlə yerli mediada yayılmağa başlayıb.

Sayt xəbər yayıb ki, mayın 14-də Stavanger şəhərində “Statoil” şirkəti sərmayədarlarının illik toplantısı olacaq. Əlavə gündəliyə Kanada, Arktika, Anqola və Azərbaycandakı layihələrdən imtina edilməsi məsələsi qoyulur. Əvəzində satışa çıxarılacaq bu layihələrdən əldə edilən vəsaitlərin alternativ enerjinin inkişafına və Arktikada hasilat dövründə neft sızmaları zamanı baş verəcək ekoloji fəsadların aradan qaldırılması texnologiyalarının hazırlanmasına sərf etmək tövsiyyə edilir.


A

raşdırmalar nəticəsində məlum olub ki, sözügedən məsələ bir qrup səhmdarın təkidi ilə əlavə gündəliyə martın 31-də daxil edilib və iclasda 19-cu məsələ olacaq: “Bizim mənbənin sözlərinə görə, “Statoil”-in səhmdarları içərisində qeyri-hökumət təşkilatlarını təmsil edən səhmdarlar daim olub. Onlar adətən ekoloji məsələləri qabardırlar və hətta şirkət rəhbərliyini diktator rejimli ölkələrlə əməkdaşlıq etməkdə ittiham edərək, bir sıra ölkələrdə fəaliyyətimizi qeyd-şərtsiz məhdudlaşdırmağa çağırırlar”.

“Ancaq onların sayı çox deyil və şirkətin fəaliyyəti butun səhmdarların maraqları əsasında qurulur”, – deyə “Caspian Barrel”-in həmsöhbəti bildirib.

Meydan TV-yə bu barədə adının çəkilməsini istəməyən iqtisadçı bildirib ki, bu cür informasiyaların yayılmasında şimal qonşumuz da maraqlı ola bilər. Rusiya son vaxtlar Qərb və postsovet mediasında analoji informasiyalarla Avropa şirkətlərinə inamsızlıq yaradır. “Məsələn, Böyük Britaniyanın media təşkilatları fevral-mart aylarında apardıqları sorğu nəticəsində məlum olub ki, Avropa ölkələrinin elektron KİV-də rusiyapərəst yazılar 25-30 artıb” – deyə mənbə bildirib.

Ana səhifəXəbərlər“Statoil”un Azərbaycandan getməsi xəbərləri yayılıb