“Statistika Komitəsi ictimaiyyəti aldadır”

Qubad İbadoğlu hesab edir ki, iqtisadi artım göstəricisi şübhə doğurur

Source:


Qubad İbadoğlu hesab edir ki, iqtisadi artım göstəricisi şübhə doğurur

İqtisadçı Qubad İbadoğlu Dövlət Statistika Komitəsinin (DSK) son məlumatını Facebook səhifəsində şərh edib.

Q.İbadoğlu yazıb ki, komitə 2015-ci ilin birinci rübündə ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcminin əvvəlki ilin eyni dövrünə nisbətən 5,3 faiz artaraq 11, 5 milyard manata çatması  haqda məlumat yayıb: “Bu açıqlaması ilə DSK indiyədək gerçəklikdən uzaq olan inflyasiya, işsizlik və yoxsulluq göstəricilərininin siyahısına ÜDM-in atımını da daxil edib. Belə ki, ölkədə dövlət xərcləmələrinin azaldığı (Maliyyə Nazirliyinin açıqlamasına görə, bu ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 89,9 faiz icra olunub), xalis ixracatın kiçildiyi (Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ilin ilk 3 ayında ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 37,3 faiz azalıb, idxal isə 37,6 faiz artıb), investisiyaların artım tempinin aşağı düşdüyü dövrdə ÜDM-in 5,3 faizlik artımını elan edən DSK son aylarda Azərbaycan iqtisadiyyatında müşahidə olunan neqativ tendensiyaları nəzərə almadan yenə də ictimaiyyəti aldatmaqla məşğuldur . Çünki hazırda ÜDM-in artımını şərtləndirən mənbələrdən üçündə (dövlət xərcləmələri, investisiyalar və xalis ixracat) müsbət dəyişiklik olmadığı halda bu artımın yalnız istehlak xərclərinin yüksəlməsi hesabına baş verməsi mümkündür ki, bu da ölkədə yalnız ciddi inflyasiyanın mövcudluğu ilə izah oluna bilər. Bunu da etiraf etməyən DSK təhlil olunan dövr üçün inflyasiya səviyyəsinin 2,8 faiz olduğunu elan edib”.

Manatın devalvasiyanın bu artıma təsirinə gəlincə, İbadoğlu bildirib ki, onun rolunu şərtləndirən xarici investisiyaların və ixracatın artımının müşahidə olunmadığı son 1 ayda bu faktorun da ciddi əhəmiyyətindən daşınmağa dəymir. Görünür, hazırkı dövrün siyası tələbləri DSK-nı iqtisadi reallığa göz yummağa və statistik yalanlar istehsal etməyə məcbur edir.

Ana səhifəXəbərlər“Statistika Komitəsi ictimaiyyəti aldadır”