Rövşən Ağayev: ”Statistika Komitəsinin rəqəmlərinə onu yazanlar özləri də inanmırlar”
“Dövlət Statistika Komitəsi məlumat verir ki, əhalinin ən yoxsul 10 faizinin gəlirləri ən zəngin 10 faizinin gəlirlərindən cəmi 2.9 dəfə azdır”.
İqtisadçı Rövşən Ağayev belə deyir. O, bu rəqəmi Dövlət Statistika Komitəsinin
açıqladığı
rəqəmlər əsasında hesablayıb.
İqtisadçı bildirir ki, top 10-luğun milyardlarla sərvətə sahib olduğu, digər 10-luğun isə tam işsziz-gücsüz olduğu ölkədə bu rəqəmə Dövlət Statiustika Komitəsində həmin məlumatları klaviaturaya basanların özləri də inanmır:
“Məlumat üçün deyim ki, statistikası şəffaflığına və məlumatların əhatəliliyinə görə Qərb ölkələrinə böyük hesabla uduzan, sosial qütbləşməyə görə isə bizdən geri qalmayan Rusiyanın statistika qurumu bu fərqi 10 dəfə göstərir”.
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 23-də Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” adlı interaktiv
iclas
ında hakimiyyətin bundan sonrakı hədəflərinə toxunub.
Prezident deyib ki, bundan öncə əsas hədəflərdən biri yoxsulluq və işsizliyin azaldılması idi: “Bu hədəfə uğurla nail olundu. Ölkədə yoxsulluq 5,4 faiz səviyyəsindədir”.