”Şri-Lankada Pasxa hücumlarının başçısı hücum zamanı öldürülüb”

O, qardaşım olsa da, mən bunu qəbul edə bilmirəm

Source: google.az

Şri Lankanın kəşfiyyat xidmətləri İŞİD-lə əlaqəli 130 şübhəlinin ölkə daxilində olduğunu bildirir

Şri-Lankanın Pasxa bazarında baş vermiş bombalı partlayışın arxasında durduğu iddia edilən başçı hücumlarda öldürülüb.

BBC-nin məlumatına görə, Prezident Maithripala Sirisena belə deyib.

Sirisena deyib ki, radikal imam Zahran Hashim paytaxt Kolombo şəhərindəki Shangri-La otelində ölüb.

Hashim "İlham" kimi təsbit edilən ikinci bombardmançı tərəfindən müşayiət olunan məşhur turist otelinə edilmiş hücuma rəhbərlik edib.

Bazar günü Colombodakı kilsələr və otelləri hədəf alan bombalı hücumda ən az 250 nəfər öldürülüb.

Sirisenanın sözlərinə görə, Şri Lankanın kəşfiyyat xidmətləri İslam Dövləti kimi tanınan İŞİD-lə əlaqəli 130 şübhəlinin ölkə daxilində olduğunu və polisin yalnız 70 nəfər şübhəlini göz altına aldığını bildirir.

Prezident Hashimin Şri-Lankanın terror məruz qoymuş altı hücumdan biri olan Shangri-La bombalamasında hansı rolu aldığını açıqlamayıb.

Şri-Lankanın hakimiyyət orqanları hücumlarda yerli İslamçı ekstremist qrup olan Milli Tavhid Camaatını günahlandırır.

Yerli radikal olan Hashim bir neçə il əvvəl Buddist heykəllərini dağıtmış qrupun bir hissəsi olaraq yerlərdə şöhrət qazanmışdı. Sonradan, o, “Youtube”-da qeyri-müsəlmanlara qarşı zorakılığa çağırış edən videolar yerləşdirməyə başladı.

Pasxa bazar günü hücumlarından sonra, o, İŞİD tərəfindən yayımlanan bir videoda ortaya çıxdı. Oradakı sui-qəsd bombardmançılardan bəzilərinin olduğu düşünülən yeddi nəfər İŞİD-ə bağlı olduqlarını qeyd edirlər. Haşim videoda üzünü göstərən tək adam olub.

Lakin Haşimin İŞİD ilə, doğrudan da, birbaşa əlaqədə olduğu, yoxsa sadəcə hücumların arxasında dayandığı iddiası dəqiq bilinmir.

Hashim Şri-Lankanın sahil şəhəri olan Kattankudy-dəndir. Bu həftənin əvvəlində BBC-ə müsahibə verən Hashimin bacısı qardaşının niyə belə davrandığından dəhşətə gəldiyini qeyd edib.

O, qardaşım olsa da, mən bunu qəbul edə bilmirəm. O, artıq məni maraqlandırmır," – deyib və əlavə edib ki, Hashim onunla sadəcə iki il bundan öncəyə qədər əlaqə saxlayıb.

Prezident Sirisena jurnalistlərə deyib ki, Şri-Lanka polisi hələ də digər İŞİD şübhəlilərini ələ keçirməyə çalışır. Lakin onların hücumlarla əlaqli olub-olmaması və yaxud ölkəni tərk etmələri hələlik məlum deyil.

Ana səhifəDünya”Şri-Lankada Pasxa hücumlarının başçısı hücum zamanı öldürülüb”