Şri-Lanka hücumlarında ”Milli Tavhid-Camaatı” günahlandırılır

Çərşənbə axşamı Şri-Lankada milli matəm günü elan olunub

Source: google.az


Hələlik heç kim məsuliyyəti üzərinə götürməyib

Bazar günü, aprelin 21-də Şri-Lankada 290 adamın ölümü ilə nəticələnən silsilə partlayış dalğasının beynəlxalq şəbəkənin dəstəyi ilə həyata keçirildiyi bildirilir.

BBC-nin xəbərinə görə, hökumət çox az tanınmış yerli cihadçı qrup olan Şri “Milli Tavhid-Camaatı” ("National Thowheed Jamath") günahlandırıb. Hələ heç kim hücumda məsuliyyəti öz üzərinə götürməyib.

Kilsə və otellərə edilən intihar hücumlarında 500 nəfər yaralanıb.

Bazar ertəsi günü gecəyarısından etibarən ölkədə ümummilli fövqəladə vəziyyət elan ediləcək.

Polis bir sıra reydlər həyata keçirib və indiyədək 24 nəfər həbs edilib.

"Biz hücumların bu ölkədə məhdud bir qrup insan tərəfindən həyata keçirildiyinə inanmırıq"- kabinet mətbuat katibi Rajitha Senaratne deyib.

"Bu hücumların arxasında beynəlxalq şəbəkə durur, hansı ki, onların dəstəyi olmadan bu hücumlar müvaffəqiyyətsiz olardı".

Daha sonra verilən açıqlamada Prezident Maithripala Sirisena deyib ki, o, hücumlara edilən beynəlxalq yardımı izləmək üçün xaricdən dəstək istəyəcək.

"Kəşfiyyat hesabatları göstərir ki, xarici terror təşkilatları yerli terrorçuların arxasındadır. Ona görə də prezident xarici ölkələrin köməyinə müraciət edəcək", Prezident Aparatından qeyd ediblər.

Bazar günü Şri-Lankanın Baş naziri Ranil Wickremesinghe deyib ki, təhlükəsizlik xidmətləri mümkün hücumlar haqqında xəbərdar olublar, ancaq onlar bu məlumatların üzərinə getməyiblər.

Çərşənbə axşamı Şri-Lankada milli matəm günü elan olunub.

Şri-Lankanın Milli Təhlükəsizlik Şurası qeyd edib ki, gecə yarısından etibarən fövqəladə vəziyyət olacaq və ölkədəki bu durum terrorizmi hədəf alacaq və ifadə azadlığını məhdudlaşdırmayacaq.

Bazar günü Şri Lankada Pasxa ayinlərinin keçirildiyi xristian əhalinin çoxluq təşkil etdiyi şəhər və bölgələrdə silsilə partlayış həyata keçirilib. Hadisə yerli əhaliylə yanaşı 30-a yaxın əcnəbi də daxil olmaqla 290 nəfərin ölümünə səbəb olub. Polis indiyədək hər bir yerdə ayrılıqda neçə nəfərin öldürülməsiylə bağlı dəqiq məlumat verməyib.

Ana səhifəDünyaŞri-Lanka hücumlarında ”Milli Tavhid-Camaatı” günahlandırılır