Spirtli içki və siqaretlərin yalnız kredit kartları ilə satılacaq

Bu malların post-terminal vasitəsilə satılması dövlətə satışı nəzarətə götürməyə və leqallaşdırmağa, bununla da aksizlərdən və ticarət nöqtələrindən büdcəyə daxilolmaları artırmağa imkan verəcək

Source:


Bu malların post-terminal vasitəsilə satılması dövlətə satışı nəzarətə götürməyə və leqallaşdırmağa, bununla da aksizlərdən və ticarət nöqtələrindən büdcəyə daxilolmaları artırmağa imkan verəcək

Azərbaycanda qanunvericilik səviyyəsində spirtli içki və siqaretlərin yalnız kredit kartları ilə satışının tətbiqi planlaşdırılır. Qanunu pozanlar cərimələnə və azadlıqdan məhrum edilə bilər.

İnzibati və cinayət qanunvericiliyinə düzəliş layihəsi parlamentdədir və ilin sonuna kimi qəbul ediləcəyi gözlənilir.

Təşəbbüs ilk dəfə 2013-cü ildə parlamentdə səsləndirilib. O vaxt bu yeniliyi yetkinlik yaşına çatmayanların spirtli içki və siqaretlərə çıxışının qarşısını almaq üçün tətbiq etmək istəyirdilər. Azərbaycanda əhali gəlirlərinin 50 faizi ərzaq məhsullarına, həmçinin spirt və tütün məmulatlarına xərcləyir. Spirt və tütün ticarəti daha gəlirli, amma əsasən qeyri-leqal biznesdir. Bu malların post-terminal vasitəsilə satılması dövlətə satışı nəzarətə götürməyə və leqallaşdırmağa, bununla da aksizlərdən və ticarət nöqtələrindən büdcəyə daxilolmaları artırmağa imkan verəcək.

Ana səhifəXəbərlərSpirtli içki və siqaretlərin yalnız kredit kartları ilə satılacaq