Sahibə Qafarova

Mənbə: Azərtac

Başlıq: Sahibə Qafarova

Spiker hərbçilərin maaşının azaldılmasına münasibət bildirib: Qarabağ döyüş bölgəsi deyil

Deputat dağlıq regionlarda yaşayan əhali üçün qaz limitini artırılmasını təklif edib

“Müdafiə Nazirliyi və Maliyyə Nazirliyindən hərbçilərin maaşlarının azaldılması ilə bağlı açıqlama verilib, amma təklif edirəm ki, qanuna dəyişiklik edərək bu məsələni həll etməliyik”.

Deputat Azay Quliyev parlamentin iclasında belə deyib.

O qeyd edib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra hərbçilərə verilən maaşlarla bağlı radikal dəyişiklik edilib:

Azay Quliyev

Azay Quliyev

Mənbə: APA

“Ancaq nəzərə almalıyıq ki, hərbçilərimiz Qarabağda yenə də çox ağır şəraitdə Vətənə qulluq edirlər. Yaxşı olar ki, qanunvericilikdə də bununla bağlı dəyişiklik edək. Çünki orada ikiqat ödənişlərin verilmə qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik etmək zərurəti yaranır. Yaxşı olar ki, Milli Məclis buna münasibət bildirsin”.

Spiker Sahibə Qafarova isə bildirib ki, hazırda Qarabağ döyüş bölgəsi deyil.

Deputat Ziyafət Əsgərov isə bu məsələnin “Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsində əksini tapacağını deyib. O qeyd edib ki, müvafiq qurumlarla da müzakirələr aparılır və qanun layihəsi hazırlandıqdan sonra təqdim ediləcək.

“Dağlıq regionlarda yaşayan əhali üçün qaz limitini artırılmalıdır”

Deputat Azər Badamov əhaliyə güzəştlə satılan qazın limiti məsələsinə yenidən baxılmalı olduğunu deyib.

O qeyd edib ki, dağlıq rayonlarında hava daha soyuq olduğu üçün sakinlər evin qızdırılması üçün digər regionlardan daha çox yanacaq yandırmağa məcburdurlar:

Azər Badamov

Azər Badamov

Mənbə: mia.az

“Bəzi rayonlarda ilin 7 ayı hava soyuq və şaxtalı keçir. Onlar ilin yarısını bu çətinliklə yaşayır. Çünki güzəştli qaz limiti məsələsində bütün əhaliyə, regionlara eyni yanaşma tətbiq edilib. Ölkə əhalisinin 15 % qaz limitini aşır. Bu 15 %-in içində dağlıq rayonlarda yaşayan insanlar 10 %-dən də az təşkil edir. Tarif Şurasından dağlıq regionlarda yaşayan əhali üçün qaz limitini artırmağı xahiş edirəm”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/c974hx

Ən çox baxılan