Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyev Almaniyada işgüzar səfərdədir. Bu ölkənin ən nüfuzlu nəşri olan “Şpigel” Əliyevin Almaniya səfəri ilə bağlı məqalə dərc edib.
Məqalədə deyilir ki, Azərbaycan dünyanın ən çox korrupsiyaya qurşanmış ölkələrindən biridir. Beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycan prezidentini seçkiləri saxtalaşdırmaqda, mətbuatı boğmaqda və işgəncələrdə günahlandırır. İlham Əliyev klanının adı Panama sənədlərində də geniş yer tutur. İlham Əliyevə Berlində demokratiya və qanunun aliliyi barədə suallar veriləcəyi gözlənilir.
Tərcümə etdi: azadlıq.info