Kirq Duqlas

Mənbə: Foto: Lenta.ru

Başlıq: Kirq Duqlas

“Spartak” filminin baş qəhrəmanı vəfat edib

Kirq Duqlas 100-dək filmə çəkilib

Hollivudun “qızıl erası”ndan indiyədək sağ qalan son ulduz, “Spartak” filmində eyniadlı rolun ifaçısı, əfsanəvi aktyor Kirq Duqlas vəfat edib.

Bir əsrdən çox yaşayan 104 yaşlı mərhum aktyor karyerası dövründə yüzə yaxın filmə çəkilib. Bunların arasında Stenli Kubrik, Billi Uaylder, Uilyam Uayler, Vinsent Minelli kimi rejissorların filmləri də var.

Əfsanəvi aktyor kinematoqrafiya tarixində ən məşhur və müvəffəqiyyətli kişi aktyorlardan biri hesab edilir. Onun məşhur filmləri sırasında“Keçmişdən” (1947), “Çempion” (1949), “Pis və gözəl” (1952), “Yaşamaq yanğısı” (1956), “Şöhrətin yolları” (1957), “Vikinqlər” (1958), “Spartak” və başqaları var.

“O, bütün dünyü üçün əfsanə idi”, - mərhumun oğlu, məşhur aktyor Maykl Duqlas belə deyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/duqspk

Ən çox baxılan