“Spartak” filminin baş qəhrəmanı vəfat edib

“O, bütün dünyü üçün əfsanə idi”, – mərhumun oğlu, məşhur aktyor Maykl Duqlas belə deyib.

Source: Foto: lenta.ru


Kirq Duqlas 100-dək filmə çəkilib

Hollivudun “qızıl erası”ndan indiyədək sağ qalan son ulduz, “Spartak” filmində eyniadlı rolun ifaçısı, əfsanəvi aktyor

Kirq Duqlas

vəfat edib.

Bir əsrdən çox yaşayan 104 yaşlı mərhum aktyor karyerası dövründə yüzə yaxın filmə çəkilib. Bunların arasında Stenli Kubrik, Billi Uaylder, Uilyam Uayler, Vinsent Minelli kimi rejissorların filmləri də var.

Əfsanəvi aktyor kinematoqrafiya tarixində ən məşhur və müvəffəqiyyətli kişi aktyorlardan biri hesab edilir. Onun məşhur filmləri sırasında“Keçmişdən” (1947), “Çempion” (1949), “Pis və gözəl” (1952), “Yaşamaq yanğısı” (1956), “Şöhrətin yolları” (1957), “Vikinqlər” (1958), “Spartak” və başqaları var.

“O, bütün dünyü üçün əfsanə idi”, – mərhumun oğlu, məşhur aktyor Maykl Duqlas belə deyib.

Ana səhifəMədəniyyət“Spartak” filminin baş qəhrəmanı vəfat edib