S&P: Aşağı neft qiymətləri fonunda Azərbaycan üçün orta iqtisadi göstəricilər qeydə alınacaq

Natiq Cəfərli: ”Manat dollar qarşısında yenə dəyər itirəcək”

Source:


Natiq Cəfərli: ”Manat dollar qarşısında yenə dəyər itirəcək”



Standard&Poors

” (S&P) beynəlxalq reytinq agentliyi Azərbaycanın reytinqinə yenidən baxıb.

Bu barədə agentliyin açıqladığı məlumatda qeyd edilir ki, Azərbaycanın xarici və yerli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini “BB+/B” səviyyəsində müəyyən edib. Reytinq üzrə proqnoz isə sabitdir.

S&P aşağı neft qiymətləri fonunda Azərbaycan üçün orta iqtisadi göstəricilərin qeydə alınacağını proqnozlaşdırır:

“2018-ci ildə zəifləməyə baxmayaraq fiskal balans olduğu kimi qalacaq. 2019-2022-ci illərdə iqtisadi artım davam edəcək və xarici balansda az da olsa profisit qeydə alınacaq”.

İqtisadçı Natiq Cəfərli deyir ki, proqnozdan belə anlamaq olur ki, manat dollar qarşısında yenə dəyər itirəcək:

“Yenilənmiş proqnozlara görə, 2019-cu ilin sonunda Dollar/Manat məzənnəsi 1.79 manat səviyyəsinə, 2020-ci ilin sonunda 1.87 manata, 2021-ci ilin sonunda isə 1.97 manata qalxacaq.

“Şənbə günü Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov da danışıb. Əvvəla bir dəfə də “üzən məzənnə” sözü demədi, nəhayət ki, ölkədə üzən məzənnənin olmadığını dolayısıyla etitaf etdi. İkincisi isə qəliz dildə olsa da, bildirdi ki, neft ucuzlaşsa batacağıq”.

Ana səhifəXəbərlərS&P: Aşağı neft qiymətləri fonunda Azərbaycan üçün orta iqtisadi göstəricilər qeydə alınacaq