Soyqırım layihəsinin türk müəllifi polisə sığınıb

Almaniyanın Yaşıllar Partiyasının sədri Cem Özdemir polis qoruması ilə təmin edilib. Partiya sözçüsünün Die Welt-ə bildirdiyinə görə, Özdemir misli görünməmiş sayda ölüm təhdidi almaqdadır.

Source:
Cem Özdemir
Cem Özdemir

Almaniyada soyqırımı layihəsinin türk müəllifi polisə sığınıb

Almaniyanın Yaşıllar Partiyasının sədri

Cem Özdemir

polis qoruması ilə təmin edilib. Partiya sözçüsünün

Die Welt

-ə bildirdiyinə görə, Özdemir misli görünməmiş sayda ölüm təhdidi almaqdadır.

İyunun 2-də Bundestaq Yaşıllar Partiyasının erməni soyqırımı layihəsini, demək olar, yekdilliklə qəbul edib. Türkiyə prezidenti

Recep Tayyip Erdoğan

 isə bildirib ki, erməni məsələsindən dünyanın müxtəlif ölkələrində Türkiyəni qaralamaq üçün istifadə olunur. Erdoğan deyib ki, İkinci Dünya Müharibəsindəki rolu nəzərə alınsa, Almaniyanın ermənilərin qətliamı ilə bağlı fikir bildirməyə haqqı yoxdur.

Bütövlükdə səsvermə günü Almaniya parlamentinin aşağı palatasının 600 deputatından cəmi 250-si parlament iclasına qatılmışdı.

Ana səhifəXəbərlərSoyqırım layihəsinin türk müəllifi polisə sığınıb