”Sovetski”də yanğın: Ölən və yaralanan var (VİDEO)

APA-nın məlumatına görə, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Nəriman Nərimanov küçəsindəki beş otaqlı evdə baş vermiş yanğın zamanı ev sakini, 1936-cı il təvəllüdlü Quliyeva Səriyyə Kərim qızı tüstüdən boğularaq ölüb.

Onun gözlərinin görmədiyi bildirilir.

S. Quliyevanın həyat yoldaşı Balağa Quliyev və oğlu, Hacıağa Quliyev yanıq xəsarətləri alıblar.

Yaralılar Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər.

Yanğın baş vermiş əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Yanğın söndürülüb.

***

Dünyasını dəyişənlərdən birinin yaşlı qadın olduğu bildirilir

Martın 16-da, saat  21 radələrində  “Sovetski” adlanan məhəllədə, Mrzağa Əliyev küçəsində şəxsi evlərdən birində yanğın baş verib.  Hadisə yerində olan jurnalistlərin Meydan TV-yə verdiyi məlumata görə, yanğın davam edir. Hadisə nəticəsində ölən və xəsarət alanlar var. Onların sayı və kimliyi müəyyənləşdirilir. Dünyasını dəyişənlərdən birinin yaşlı qadın olduğu bildirilir.

Yanğının aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin bir neçə yanğınsöndürən texnikası cəlb olunub, hadisə yerinə polis əməkdaşları gəlib.

İlkin məlumata görə, yanğına qazla ehtiyatsız davranma səbəb olub.

Ana səhifəVideo”Sovetski”də yanğın: Ölən və yaralanan var (VİDEO)