”Sovetski”də tarixi abidələr sökülür”

”Dövlət mühafizəsində olan tarixi-memarlıq abidələrində yaşayan sakinlər öz mənzillərindən köçürüldükdən sonra abidə bərbad hala salınaraq fotoşəkili çəkilir və aidiyyati qurumlarla razılaşdırılmadan məhv edilir”

Source:


”Dövlət mühafizəsində olan tarixi-memarlıq abidələrində yaşayan sakinlər öz mənzillərindən köçürüldükdən sonra abidə bərbad hala salınaraq fotoşəkili çəkilir və aidiyyati qurumlarla razılaşdırılmadan məhv edilir”

“Qəsr” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq” İctimai Birliyi Yasamal rayonu “Sovetski” adlanan ərazisində saxlanması qərara alınan daşınmaz tarixi-memarlıq abidələrinin sökülməsindən narahatdır.

İctimai birlikdən “Turan”-a daxil olan məlumatda deyilir ki, Yasamal rayonu “Sovetski” adlanan ərazilə bağlı Azərbaycan Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı var.

Belə ki, dövlət mühafizəsində olan tarixi-memarlıq abidələrinin monitorinqi aparılıb və Nazirlər Kabineti tərəfindən bəzilərinin saxlanılması qərara alınıb.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının “söküntü komissiyası” saxlanılması qərara alınan daşınmaz tarixi-memarlıq abidələrinin çoxunun heç bir hüquqmüəyyənedici sənəd olmadan sökülməsinə qərar verib.

Məlumatda deyilir ki, dövlət mühafizəsində olan tarixi-memarlıq abidələrində yaşayan sakinlər öz mənzillərindən köçürüldükdən sonra abidə bərbad hala salınaraq fotoşəkili çəkilir və aidiyyati qurumlarla razılaşdırılmadan, heç bir hüquqmüəyyənedici sənəd olmadan bir günün içərisində Yasamal RİH-nin “söküntü komissiyası” və “Azəravtoyol” ASC tərəfindən ağır texnika ilə məhv edilir.

“Artıq iş o yerə çatıb ki, Yasamal rayonu, M.Sübhi küçəsi 63 ünvanında yerləşən, 1908-ci ildə inşa olunmuş 3607 inventar nömrə ilə dövlət mühafizəsində olan məscidin sökülməsi prosesinə Yasamal RİH-nin söküntü komissiyası tərəfindən heç bir hüquqmüəyyənedici sənəd olmadan hazırlıq işləri aparılır”.

Yasamal Rayon İcra Hakimiyyətindən şərh almaq mümkün olmayıb.

Ana səhifəXəbərlər”Sovetski”də tarixi abidələr sökülür”