''Sovetski''də polislə sakinlər arasında qarşıdurma yaranıb

Sakinlər məscidin sökülməsinə etiraz edirlər

Paytaxtın “Sovetski” adlanan ərazisində “Hacı Cavad” məscidi sökülür. Bu barədə Meydan TV-yə ərazidə olanlar məlumat verib. 

Bildirilir ki, hazırda polislə dindarlar arasında qarşıdurma yaranıb, saxlanılanlar var.

Hadisə yerində olan jurnalist Rövşən Məmmədlinin öz "Facebook" səhifəsində yazdığına görə, polis bir neçə nəfəri aparıb və jurnalistlərdən birinin kamerasını alaraq görüntüləri silib. Hazırda dindarlar məscidin içərisinə yığışıb. 

Etirazçıların sözlərinə görə, bir müddət əvvəl məscid rəhbərliyinə bildirilmişdi ki, narahatlığa əsas yoxdur, məscid sökülməyəcək. Lakin iki gün əvvəl cümə namazından sonra özünü Mədəniyyət və Turizm Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələri kimi təqdim edən bir neçə şəxs məscidə gələrək bildirib ki, 2 gün ərzində məscid söküləcək.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/hlv94u

Ən çox baxılan