Qərar dövlət əhəmiyyətli avtomobil yollarının və digər kommunikasiyanın Bakının baş planına uyğun inşası ilə əsaslandırılıb
Nazirlər Kabineti Bakının “Sovetski” kimi tanınan köhnə məhəlləsində vətəndaşlara məxsus daha 1093 evin və qeyri-yaşayış obyektinin sökülməsi haqda qərar qəbul edib.
Hökumətin 11 noyabr (358 saylı) tarixli qərarının icrası Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilib. Qərar dövlət əhəmiyyətli avtomobil yollarının və digər kommunikasiyanın Bakının baş planına uyğun inşası ilə əsaslandırılıb.
Evlərin sökülməsinə və sakinlərin köçürülməsinə 2014-cü ildən başlanılıb. Bu, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 12 dekabr 2012-ci il tarixli sərəncamı əsasında həyata keçirilib. Qərara əsasən 10,5 minə yaxın yaşayış və qeyri-yaşayış obyektinin sökülməsi planlaşdırılır. Sonuncu dəfə mülkiyyətçilərin köçürülməsi barədə hesabat Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən bu ilin yanvarında təqdim edilib. O vaxta qədər 2300 ailə köçürülüb. Mükiyyətçilərə bir kvadrat metrə görə 1500 manatın verilməsi nəzərdə tutulur.
Bu yaxınlarda Avropa İnsan Hüquqları Məhkəməsi həmin rayondan bir sakinin şikayəti üzrə qərar çıxarıb. Məhkəmə belə nəticəyə gəlib ki, kompensasiyanın həcmi adekvat deyil. Avropa məhkəməsinin qərarı ilə iddiaçı maddi və mənəvi zərərə görə kompensasiya almalıdır.