Sosial yardımla bağlı şərtlər yumşaldılır

İqtisadçı bu və digər səbəblərdən 160 manatlıq birdəfəlik yardıma müraciətinə imtina cavabı verilmiş aztəminatlı ailələrə DOST mərkəzlərinə müraciət etməyi tövsiyə edir.

Foto: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi


Yardımın ödənilmə müddəti də 2 ildən 1 ilə endirilib

Ailələrə ünvanlı sosial yardım almaq hüququ üçün müəyyənləşdirilmiş şərtlər

yumşaldılır

.

Bununla bağlı təkliflər mayın 19-da Milli Məclisin iclasında müzakirəyə çıxarılıb. Təklif “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanunda deyilir ki, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdir.

Təklifə əsasən, bu səbəblər sırasına ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması daxil edilir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, yeni dəyişikliyə görə sosial yardımın ödənilmə müddəti 2 ildən 1 ilə endirilib. Əvvəllər bu yardım

2 il

müddətinə ödənilirdi:

qubad-ibadoqlu.jpg
Qubad İbadoğlu

“Digər dəyişikliyə əsasən, orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının (hazırda 160 manatdan) məcmusundan aşağı olan ailənin əmək qabiliyyətli üzvününə birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsinə, 23 yaşınadək əyani təhsil almasına baxmayaraq həmin ailələlərə də ünvanlı sosial yardım almaq hüququ verəcək”.

İqtisadçı bu və digər səbəblərdən 160 manatlıq birdəfəlik yardıma müraciətinə imtina cavabı verilmiş aztəminatlı ailələrə DOST mərkəzlərinə müraciət etməyi tövsiyə edir.

Ana səhifəSosialSosial yardımla bağlı şərtlər yumşaldılır