Sosial problemlərə görə başlayan etirazlar qanlı toqquşmalara çevrildi

Şri Lankada qəzəbli əhali və polis arasında ağır toqquşmalar olub. Ölkə bir müddətdir elektrik enerjisi kəsilməsi, ərzaq qıtlığı, dərman çatışmazlığı kimi problemlərdən əziyyət çəkir. İnsanlar hökuməti istefaya çağırmaq üçün prezident sarayı önündə etirazlara toplaşıb. Polisin zor tətbiqindən sonra etirazlar cığırından çıxıb, küçə döyüşlərinə çevrilib. Prezident Gotabhaya Rajapaksa etirazlarda ekstremist elementlər olduğunu deyib. Yaralı və ölü sayı, hələlik dəqiq bilinmir.

Ana səhifəVideoSosial problemlərə görə başlayan etirazlar qanlı toqquşmalara çevrildi