Sosial Müdafiə Mərkəzinin rəsmilərinə cinayət işi açıldı

357 min manata yaxın ünvanlı sosial yardım qanunsuz hesablanıb

Source:

357 min manata yaxın ünvanlı sosial yardım qanunsuz hesablanıb

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi İmişli rayon Əhalinin Sosial Müdafiə Mərkəzilə bağlı araşdırmalara başlayıb.

“Turan İA”-ın məlumatına görə, prokurorluğun işi araşdırması üçün materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olub. Mərkəzin vəzifəli şəxslərinin 357 min manata yaxın ünvanlı sosial yardımı qanunsuz olaraq artıq hesablayaraq vətəndaşlara ödəməklə israf etməkdə şübhəli bilinirlər.

Bu məsələ ilə bağlı Cinayət Məcəlləsinin 179.3-2-ci (mənimsəmə və ya israfetmə) maddəsilə cinayət işi qaldırılıb. İş üzrə istintaq davam edir.

Ana səhifəXəbərlərSosial Müdafiə Mərkəzinin rəsmilərinə cinayət işi açıldı