Sosial mediada yazdıqlarına görə cəzalandırıldığını deyən fəalın həbsinin təfərrüatları məlum olub

Könül Əhmədova. Foto: Şəxsi Facebook səhifəsi

Sosial mediada yazdığı şərhlərə görə yanvarın 22-də saxlanılan ictimai fəal Könül Əhmədovanın 20 sutka müddətinə həbs edildiyi məlum olub.

Bu barədə fəalın yaxınları Meydan TV-yə məlumat verib.

Yaxınları deyir ki, Könül Əhmədova yanvarın 23-də onlarla əlaqə saxlayaq 20 sutka həbs olunduğunu deyib. Əhmədova həmçinin qeyd edib ki, O, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1. (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsi ilə ittiham olunur. 

Yaxınlarının sözlərinə görə, həyat yoldaşı Əhmədovanın himayəsində 14 yaşına çatmayan iki azyaşlı övladı olduğundan Ombudsmana müraciət edərək onun inzibati həbsinə etiraz edəcək.

Könül Əhmədova yanvarın 22-də Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Yaxınları həmin gün ictimai fəalın 10 sutka inzibati həbsə məhkum edildiyini bildirmişdilər. Bu günsə onlara bu barədə yalan məlumat verildiyi məlum olub. 

Xəzər Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin rəisi Elnur İsmayılov Əhmədovaya zəng edərək onu polis bölməsinə dəvət edib. O, polis bölməsinə getməkdən imtina edib.

Əhmədova Binə qəsəbəsində rəis Elnur İsmayılovla görüşüb. Daha sonra fəal Xəzər rayon 3 saylı  polis bölməsinə aparılıb. Bir neçə saat saxladıqdan sonra məhkəməyə çıxarılıb. 

O, özü yaxınlarına bildirib ki, sosial şəbəkələrdə SancaqMedia və Meydan TV səhifəsində yazdığı şərhə görə həbs edilib. 

Ana səhifəSiyasətSosial mediada yazdıqlarına görə cəzalandırıldığını deyən fəalın həbsinin təfərrüatları məlum olub