
Mənbə: google
Sosial demokratlar Merkel hökumətini qorumaq üçün yeni təklifi dəstəkləyir
Təklifdə minimum əmək haqqının saat başına 9,19 avrodan 12 avroya qaldırılması tələb edilir
Almaniyanın Sosial Demokratlar Partiyasının (SPD) idarə heyətikansler Angela Merkel hökuməti ilə danışıqlar üçün yekdilliklə razılığa gəlib.
Keçən həftə Merkelin mühafizəkarlarla koalisiyasının iki solçu tənqidçisi olan Norbert Walter-Borjans və Saskia Eskenin SPD rəhbərliyini qazanmasından sonra bu hal Avropanın ən böyük iqtisadi gücündə gözlənilən siyasi böhran riskini azaldır.
Cümə günü keçirilən SPD konqresi üçün hazırlanmış təklifdə yeni SPD liderləri Merkelin CDU/CSU mühafizəkar bloku ilə daha çox dövlət sərmayəsi, daha yüksək əmək haqqı və iqlimi qorumaqla bağlı iddialı addımlar haqqında danışıqlara girməyi təklif edir, partiyanın iki üzvü anonim şəkildə “Reuters”-ə bildirib.
“Reuters” tərəfindən görülən əsas təklif layihəsində qeyd edilir ki, SPD rəhbərləri hökumətin doqmatik büdcə siyasəti tərəfindən qarşısı alınmayacaq şəkildə böyük ictimai sərmayəyə təkan verilməsinə çağırış edib.
Təklifdə minimum əmək haqqının saat başına 9,19 avrodan 12 avroya qaldırılması tələb edilir.
Buradaykən …
Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.
Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.
BIZƏ DƏSTƏK OLUNƏn çox baxılan
-
Martın 3-də Azərbaycan Xalq Hərəkatının (AXH) rəhbər üzvlərini Masallı rayonunun girişində saxlayıblar
3 Mart 2019 -
Şahid səsyazısında başına gələnləri etiraf edib
27 Fevral 2019 -
Xalidə Bayramova uşağı danışdıraraq dediklərini görüntüləməyə çalışıb
11 Aprel 2019 -
"Bunun adı repressiyadır"
28 Fevral 2019