Meydan TV bu həftə Bakı sakinlərinin borcları ilə maraqlanıb. Soruşub ki, kimin hara nə qədər borcu var.
– 100 manat hazırda restorana borcum var. Başqa heç nə.
– Xeyr. Borcum yoxdur.
– Banklara borcum var. Bir də anama borcum var.
– Allah heç kimi borclu etməsin. Mənim heç kimə borcum yoxdur.
– Qohumuma 3000 manat borcum var. Ev tikdiyimə görə borclu qalmışam. Obyekt açmışam ordan-burdan borc alıb icarəni ödəyirəm.
– Borcumu qaytarmışam. İndi yoxdur.
– Kreditə borcum var. Pul yoxumdur ki, borcumu ödəyim. Həmişə də zəng vururlar. Qalmışam belə. Hardan ödəyim? İşləmirəm.
– Dolların qalxması münasibətilə o vaxt obyekt qoyub 15 min kredit götürmüşdük. 15 mini manat çevirdik, 30 neçə min ödədik, bitdi. Çətin vəziyyətə düşdük. İndi də özümüzü toparlaya bilmirik.