Milli Məclis dekabrın 15-də ”Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi qəbul edib. Qanuna görə Milli Məclisin Silahlı qüvvələrə nəzarət funksiyası ləğv olunub. Eyni zamanda jurnaslitlərin ordu haqda məlumat yayması məhdudlaşdırılıb.
Şəhər sakinlərindən soruşduq ki, orduya ictimai nəzarət olmalıdırmı?
-Əlbəttə olmalıdır. Valiqdeyn oğlunu əsgər göndərir. Bilməlidir də o nə edir, nə etmir?
-İctimai nəzarət ona görə olmalıdır ki, baş verən qanunsuzluqlar ictimailəşsin, aidiyyatı qurumlara, Ombusdmana təqdim olunsun.
-Olmalıdır, ona görə ki, baxaq görək orada bizim uşaqlar necə dolanır. Onlara necə baxırlar.
– Hər şeyi yox, sirri saxlamaq lazımdı. Amma jurnalistlər sirri saxlamır, ağzına gələni danışır.
– İctimai nəzarət qəti şəkildə olmamalıdır. Aprel döyüşündə 100-dən çox şəhid verdik. Orada nöqsanlar var idisə də, səbəblərdən biri də ictimaiyyətə çox açılmağı idi.
-Hamı xəbərdar olmalıdır da hər şeydən ki, orduda nələr olur, nə hadisələr baş verir.