“Mən birmənalı olaraq nəvələrimi dövlət məktəblərinə qoymayacağam”. Bunu Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib. O həm də qeyd edib ki, “Çağ Öyrətim”də 4 nəvəm oxuyurdu. Etiraf olunmalıdır ki, “Çağ Öyrətim” mərkəzində təlim-tərbiyə daha yüksək idi. Mən Bakıdakı iki özəl təhsil müəssisəsi arasında seçim edəcəyəm. Amma birmənalı olaraq dövlət məktəblərinə qoymayacağam…”. deyən deputatın bu fikirləri ilə razılaşanlar da var, razılaşmayanlar da.