Sentyabrın 23-də səhər saatlarından başlayan yağış Bakının mərkəzi küçələrindən tutmuş kənar qəsəbələrəcən gölməçələr yaradıb. Hər il yağan yağışlar paytaxtı iflic vəziyyətinə salır. Sakinlərdən bunun səbəbini soruşduq.
– Günahkar o sahəyə baxanlardı. Əvvəldən hazırlıqlı olmalı idilər ki, belə vəziyyət yaranmasın.
– Kanalizasiya sistemi işləmir.
– Normadan artıq yağıb, kanalizasiyalar çəkmir. Hansısa məmurun əleyhinə danışa bilmərəm. Kim günahkardı onu Allah bilər.
– Mən siyasi işə qarışmıram. Bu, siyasi söhbətdir.