Sorğu: Dövlətin dəstəyini hansı sahədə hiss edirsiniz?

“Dövlətin dəstəyini hansı sahədə hiss edirsiz?” Meydan TV bu dəfə Bakı sakinlərinə bu sualı ünvanladı:

– Bu cür firavan, bu cür rahat bir şəraitdə yaşayırıqsa, deməli, dövlətin dəstəyi hər sahədə var.

– Mən nə deyim sənə? Mən hələ elə bir şey görməmişəm axı. Dövlət dəstəyi ilə rastlaşmamışam.

– Mən bu dövlətdən heç nə gözləmirəm. 55 ildir dəmiryolunda işləmişəm. Mənə ev verməyib, pul verməyib. 55 ildə mənə 186 manat pensiya verir. Bu ölkə heç ölkə deyil. Mən ancaq bunu deyə bilərəm. Aparıb assalar da, deyəcəm as. Mən bu dövlətdən razı deyiləm.

– Mən məktəbdə işləyirəm, orada hiss edirəm dövlətin dəstəyini. O gün dövlət qərar çıxardı ki, xəstələrə, əlillərə kömək məqsədi ilə pullu təhsil ləğv olunsun.

– Mənim təhsil haqqımı ödəyir.

– Elə bir dəstəyi yoxdur. Hərə öz gücünə yaşayır.

– Səhiyyədə, tibb sahəsində dövlətin dəstəyi var.

– Dövlətin dəstəyini birinci qrup əlil kimi Əlillərin Bərpa Mərkəzi, “Şağan” sanatoriya mərkəzində hiss edirəm. Allah razı olsun prezidentimizdən, pensiylarımızı artıranda.

– Qazı, suyu artırıblar, deputatlar hamısını qaldırır. Heç olmasa dövlətimizin başçısının da yazığı gəlsin bu camaata, aşağı təbəqəni düşünsün. Mən ödəyə bilirəm, mən aşağıdakı ödəyə bilmir axı. Camaat yazıq gündədir.

– Heç bir fikrim yoxdur. Çox hiss etməmişəm.

– Heç nə deməyəcəm. Çox çətin sualdır. Bağışlayın.

Ana səhifəVideoSorğu: Dövlətin dəstəyini hansı sahədə hiss edirsiniz?