Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümüdür. 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyəti elan olunub. Ölkə başçısı İlham Əliyev də yanvarın 10-da Nazirlər Kabinetinin iclasında 2018-ci ili ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Bəs Bakı sakinləri Cümhuriyyət ilində hansı işlərin görülməsini istəyir?