Sorğu: Cəbhədəki vəziyyətlə bağlı sizə nə qaranlıq qaldı?

Aprelin 2-5 aralığında Azərbaycanla Ermənistan arasında atəşkəsin pozulmasından sonra vətəndaşlar hansı suallarına cavab tapa bilməyiblər, onlar üçün nə qaranlıq qalıb, sorğuda iştirak edənlər bunu cavablandırıblar

Source:

Aprelin 2-5 aralığında Azərbaycanla Ermənistan arasında atəşkəsin pozulmasından sonra vətəndaşlar hansı suallarına cavab tapa bilməyiblər, onlar üçün nə qaranlıq qalıb, sorğuda iştirak edənlər bunu cavablandırıblar.

Sorğu iştirakçılarından bir neçəsinin cavabı :

-Çox qaranlıq məqamlar var. Ermənistanın axırıncı hərəkətləri, PKK-çıların köməyə çağırılması, 400 silahlının göndərilməsi, Rusiyanın bayrağını yandırıb onlara müraciət etməsi… Hamımız bilirik ki, neçə illərdir Ermənistan Rusiyanın köməyi ilə Qarabağı əlində saxlaya bilib.

– Mənə heç nə qaranlıq qalmayıb. İgidlərimiz döyüşübllər, şəhid olublar. Hal-hazırda da atəşkəsdir. Əgər əmr verilsə ki, müharibə olsun, hamı gedəcək.

– Hökumətin mövqeyi qaranlıq qaldı. Ciddi bir açıqlama olmadı. Hakimiyyətdən şəhidlərlə, baş verənlərlə bağlı ciddi bir açıqlama gözləyirdik, məncə, görmədik.

Ana səhifəXəbərlərSorğu: Cəbhədəki vəziyyətlə bağlı sizə nə qaranlıq qaldı?