2003-cü il 15 oktyabr seçkisindən sonra hakimiyyətə gələn İlham Əliyev 19 ildir prezident kürsüsündədir. Konstitusiyaya edilən dəyişiklikdən sonra prezidentlik müddəti 7 ilə qaldırılıb. Həmçinin bir şəxsin iki dəfədən artıq prezident seçilməsi ilə bağlı məhdudiyyət götürülüb. Meydan TV sorğu keçirərək Bakı sakinlərindən soruşub ki, bir şəxs ən çox neçə il prezident olmalıdır?