Prezident İlham Əliyev iyulun 13-də keçirdiyi iclasda Avropanı sərt şəkildə tənqid etmişdi. İlham Əliyev Avropanı antiazərbaycan mövqeyində olduğunu deyib və ağır ittihamlar səsləndirib. Bir neçə gün əvvəl isə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov öz twitter səhifəsində Azərbaycanın Avropa Şurasından çıxa biləcəyinə dair fikirlər yazıb. Hakimiyyətə yaxın mediada da buna dair fikirlər yer almaqdadır. Bəs ölkə vətəndaşları nə düşünür? Meydan TV vətəndaşlar arasında keçirdiyi sorğuda onların Avropa Şurasına münasibətini öyrənməyə çalışıb.