Sorğu – Avrasiya İttifaqı,yoxsa Avropa Birliyi?

Daha əvvəl Belarus və Qazaxıstanın da təmsil olunduğu və rəsmi olaraq Rusiyanın sədrlik etdiyi Avrasiya İttifaqına (Aİ) daha bir MDB ölkəsi-Ermənistan da qoşuldu. Belarusun paytaxtı Minsk şəhərində məlum müqaviləni imzalayan Serj Sarkisyanın bu addımı Ermənistanda kəskin etirazlarla qarşılanıb. Erməni aktivistlər Prezident Aparatının qarşısında aksiya keçirərək, Sarkisyan üçün “Minskdən qayıtma!”, “23 illik müstəqilliyimiz nə tez bitdi?” deyə, şüarlar səsləndiriblər.

Ermənistandan sonra Avrasiya İttifaqına üzv olmaq ehtimalı olan ölkələrdən biri də Azərbaycandır.

Maraqlıdır, Bakı sakinləri Azərbaycanın Avrasiya İttifaqına qatılmasına necə baxır? Onlar ölkənin Qərb, yoxsa, Aİ ilə tərəfdaşlığını dəstəkləyirlər?

Ana səhifəVideoSorğu – Avrasiya İttifaqı,yoxsa Avropa Birliyi?