Analiz nümunələri müsbət çıxan 3 pasiyent vəfat edib
İyunun 5-də Azərbaycanda 108 adam COVİD-19 infeksiyasına yoluxub, 350 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, analiz nümunələri müsbət çıxan 3 pasiyent vəfat edib.
Operativ Qərargah Azərbaycanda 334 min 647 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:
"Onlardan 326 min 619 nəfər müalicə olunaraq sağalıb, 4936 xəstə ölüb. Hazırda aktiv xəstə sayı 3092 nəfərdir".
Qərargah ötən müddətdə 3 milyon 559 min 951 testin aparıldığını göstərib:
"Bugünkü test sayı isə 8331-dir".