Koronavirus

Mənbə: Meydan TV

Başlıq: Koronavirus

Son sutkada koronavirusa yoluxanların sayı 270 olub

Bir gündə virusdan 2 nəfər həyatını itirib

Fevralın son günü Azərbaycanda 270 adam COVİD-19 infeksiyasına yoluxub, 117 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda testi müsbət çıxan 2 nəfərin öldüyü bildirilib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 234 min 537 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

"Onlardan 228 min 768 nəfər müalicə olunaraq sağalıb, 3220 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2549 nəfərdir".

Qərargah ötən müddətdə 2 milyon 598 min 679 testin aparıldığını vurğulayıb: "Bugünkü test sayı isə 7444-dür".

Azərbaycanda bu günə qədər 273,198 nəfər peyvəndlənib.

2020-ci ilin bu günü Azərbaycanda ilk koronavirusa yoluxma qeydə alınıb. Həmin şəxs Rusiya vətəndaşı idi və o, İran İslam Respublikasından Azərbaycana daxil olarkən xəstəliyin əlamətləri müşahidə olunub.

Bir gün sonra "Azərbaycan Hava Yolları" QSC (AZAL) İran İslam Respublikasına uçuşları dayandırıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/pwkd1y

Ən çox baxılan