56 nəfərin sağaldığı bildirilir
Ötən gün Azərbaycanda koronavirusa 75 yeni yoluxma faktı qeydə alınıb.
Bu barədə iyulun 1-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.
Bildirilir ki, 56 nəfər sağalıb, 1 nəfər vəfat edib.
Operativ Qərargahın məlumatına görə, xəstəliyə yoluxanların ümumi sayı 336 122 nəfər təşkil edib, onların 330 275 nəfəri sağalıb, 4 975 nəfər vəfat edib.
Aktiv xəstə sayı 872 nəfər təşkil edir. Ötən gün 8 828 test aparılıb.
Qeyd olunur ki, gün ərzində Azərbaycanda 85 889 nəfərə vaksin vurulub, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 44 063 nəfər olub: “Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 3 milyon 597 min 108-ə bərabərdir”.
“Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 256 min 816, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 340 min 292 nəfərdir”, – açıqlamada bildirilir.