16 nəfər koronavirusdan həyatını itirib
Mayın 13-də Azərbaycanda 509 adam COVID-19 infeksiyasına yoluxub, 1 427 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda deyilir. Bildirilir ki, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 328 668 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
"Onlardan 311 198 nəfər müalicə olunaraq sağalıb, 4 742 xəstə ölüb. Hazırda aktiv xəstə sayı 12 728 nəfərdir".
O cümlədən, ötən müddətdə 3 360 900 testin aparıldığı göstərilib:
"Bugünkü test sayı isə 7 733-dür".