355 nəfər müalicə olunaraq sağalıb
Yanvar ayının son günü Azərbaycanda 153 adam COVİD-19 infeksiyasına yoluxub, 355 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü məlumatında analiz nümunələri müsbət çıxmış 6 nəfərin öldüyü qeyd olunub.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 2 302 219 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 2 233 15 nəfər müalicə olunaraq sağalıb, 3 132 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 3772 nəfərdir”.
Eyni zamanda, son sutkada 6330, hazırkı dövrədək isə 2 408 050 testin aparıldığı vurğulanıb.