Son sutkada 12 nəfər COVID-19-dan vəfat edib

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 484, ötən müddətdə isə 4 859 015 testin aparıldığı vurğulanıb.

Source: Meydan.TV


774 nəfərin yeni yoluxduğu bildirilir

Sentyabrın son günü Azərbaycanda 774 adam COVID-19 infeksiyasına yoluxub, 1 778 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Analiz nümunələri müsbət çıxan 12 xəstənin vəfat etdiyi qeyd bildirilir.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 483 902 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu açıqlayıb: "Onlardan 458 922 nəfər müalicə olunaraq sağalıb, 6 525 pasiyent ölüb. Aktiv xəstə sayı 18455 nəfərdir".

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 484, ötən müddətdə isə 4 859 015 testin aparıldığı vurğulanıb.

Ana səhifəSağlıqSon sutkada 12 nəfər COVID-19-dan vəfat edib