”Son illər 11 bank sistemdən kənarlaşdırılıb”

MBNP kapitallaşma problemi yaşayan 5 bankı nəzarətə götürüb

Source:


MBNP kapitallaşma problemi yaşayan 5 bankı nəzarətə götürüb

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) kapitallaşma problemi ilə üzləşən 5 bankı nəzarətə götürüb.

APA yazır ki, bunu MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı mayın 30-da keçirilən “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” konfransında deyib.

O, son illər 11 bankın sistemdən kənarlaşdırıldığını söyləyib:

“Təxminən 26 bankdan 12-də əhəmiyyətli kapitallaşma aparılıb. Bu gün 5 bank “watch list”ə daxil edilib və onlar nəzarət altındadır. Bu bankların kapitallaşma proqramı ilin ortalarınadək icra edilməlidir. Proseslər bank sektorunda müəyyən stabilləşmənin yaranmasına səbəb olub”.

Rüfət Aslanlı  deyir ki, ötən ildən etibarən bankların qeyri-işlək portfelinin stabilləşməsini müşahidə edirlər: “Artıq problemli kreditlər yaranmır, mövcud portfel qocalır”.

İqtisadçı Natiq Cəfərli deyir ki, Rüfət Aslanlı bu açıqlaması ilə vəziyyətin qəliz olduğunu deməyə çalışır:

“Vəziyyət qəlizdi, cəmi 12 bankda kapitallaşmada müsbət tendensiya var. Yəni onların oliqarx sahibləri ciblərindən banklara pul buraxıblar. Qalan 14 bankda vəziyyət pisdir. 5 bank isə bağlanmaq üzrədir. Rüfət müəllimin “portfel qocalır” dediyi odur ki, problemli kreditlər artıq “qocalıb” hətta “ölüb”, yəni heç kim onları qaytarmaq istəmir, qayıtması mümkün də deyil. Yeni problemli kreditlər ona görə yaranmır ki, kreditləşmə dayanıb – məsələ budur”.

Natiq Cəfərli deyir ki, artıq heç kim yüksək faizlərlə kredit götürmür, ölkədə iqtisadi aktivlik ölüb:

“Kredit götürən nə işlə məşğul olmalıdır ki, ildə 25-30 faiz banka ödəsin, vergilərini versin, gələn-gedən məmur ordusunu yola salsın, hələ bir özünə də pul qazansın?! Ödənişləri qarşılaya bilmək üçün gərək öz orqanlarını satsın”.

Ana səhifəXəbərlər”Son illər 11 bank sistemdən kənarlaşdırılıb”