7 apreldə AXCP üzvü Ruslan Nəsirli həbs edilib. Bu barədə onun yaxınları “Azadlıq”a məlumat veriblər. Onların sözlərinə görə Ruslan Nəsirli özü onlara zəng edərək bu haqda danışıb. Ruslan yalnız telefonda onu polisə müqavimət göstərməkdə ittiham etdiklərini, hazırda Yasamal Rayon Məhkəməsinə gətirildiyini deyə bilib. AXCP üzvünə 20 sutka həbs cəzası verilib.
Ruslan Nəsirli son iki gündə həbs edilən 3-cü AXCP üzvüdür. 6 apreldə Türkel Əlisoya 30 sutka, AXCP Səbail Rayon Şöbəsinin sədri Saqif Qurbanova 25 sutka həbs cəzası verilib.