“Son hücumlar Azərbaycanın müasir, demokratik ölkə olmaq istəyini ələ salmaqdır”

İsabel Santos: ” ATƏT-in Parlament Assambleyasının illik toplantısından heç bir ay keçməmiş baş verməsi bunları daha biabırçı edir”

Source:


İsabel Santos: ” ATƏT-in Parlament Assambleyasının illik toplantısından heç bir ay keçməmiş baş verməsi  bunları daha biabırçı edir”

Avqustun 1-də ATƏT-in Parlament Assambleyasının Demokratiya, İnsan Haqları və Humanitar Məsələlər Komitəsinin sədri İsabel Santos öz bəyanatında Leyla Yunusun həbsindən, Rəsul Cəfərovun ölkədən çıxmasına qadağanın qoyulmasından şoka düşdüyünü bildirib.

İsabel Santos insan haqları fəalı Rəsul Cəfərovun ölkədən çıxmasına qadağan qoyulmasını Azərbaycan hakimiyyətinin diqqətinə çatdırıb və bildirib ki, Leyla Yunusa və onun həyat yoldaşına qarşı ittihamlar açıq-aşkar siyasiləşmiş ittihamlardır.

Xanım Santos deyib ki, Azərbaycanın vətəndaş cəmiyyətinə son hücumlar Azərbaycanın müasir, demokratik ölkə olmaq istəyini ələ salmaqdır.

Santos əlavə edir ki, bu hadisələrin Bakıda ATƏT-in Parlament Assambleyasının illik toplantısından heç bir ay keçməmiş baş verməsi  bunları daha biabırçı edir (Azadliq.org).

Ana səhifəXəbərlər“Son hücumlar Azərbaycanın müasir, demokratik ölkə olmaq istəyini ələ salmaqdır”