Son bir gündə ölkədə 5 nəfər koronavirusdan ölüb

“Bugünkü test sayı isə 7713-dür”.

Foto: Meydan TV


Müalicə olunan 332 şəxs sağalıb

Fevralın 2-də Azərbaycanda 159 adam COVİD-19 infeksiyasına yoluxub, 332 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda 5 nəfərin öldüyü qeyd olunub.

Operativ Qərargah Azərbaycanda 230 min 455 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 223 min 807 nəfər müalicə olunaraq sağalıb, 3141 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 3507 nəfərdir".

O cümlədən, ötən müddətdə 2 milyon 419 min 747 testin aparıldığı vurğulanıb:

"Bugünkü test sayı isə 7713-dür".

Ana səhifəSosialSon bir gündə ölkədə 5 nəfər koronavirusdan ölüb