3 nəfərin öldüyü bildirilir
Fevralın 6-da Azərbaycanda 115 adam COVİD-19 infeksiyasına yoluxub, 201 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda son sutkada 3 nəfərin öldüyü qeyd olunub.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 231 min 22 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
"Onlardan 224 min 961 nəfər müalicə olunaraq sağalıb, 3156 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2905 nəfərdir".
Eyni zamanda, ötən müddətdə 2 milyon 446 min 300 testin aparıldığı xatırlanıb:
"Bugünkü test sayı isə 6582-dir".
Qərargah Azərbaycanda 65 min nəfərin peyvənd olunduğunu əlavə edib:
"Fevralın 5-də ölkəyə 648 min doz peyvənd gətirilib. İndiyə qədər ölkəyə cəmi 848 min doz vaksin gətirilib".