Son beş ildə Azərbaycanda doğulan oğlan uşaqlarına daha çox Yusif, qız uşaqlarına Zəhra adı verilib
Bu barədə “Report”a Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətindən bildirilib.
Son beş ildə doğulan 16 780, eləcə də 2015-ci ildə dünyaya gələn 3 555 oğlana Yusif adı verilib.
2015-ci ildə 3 512, son beş ildə isə 16 148 qıza Zəhra adı qoyulub.
Ötən il 2 474 qız uşağına, eləcə də son beş ildə 12 265 körpəyə Nuray adı verilib.
Keçən il doğulan qızlardan 2 303-nə, son beş ildə isə, 11 677-nə Fatimə adı qoyulub.
Ötən il doğulan körpələrdən 2 533-ü, son beş ildə doğulanlardan 11 547-si Hüseyn, ötən il 2 472-i, son beş ildə 11 382 oğlan Əli adını alıb.
Son beş ildə 7 783 qız uşağına (ötən il 1 773) Aylin, 7 665 qıza (ötən il 1 531) Ayan, 7 525 qıza (ötən il 1 746) Zeynəb, 7 315 (ötən il 1 672) oğlana Ömər, 7 248 oğlana isə Məhəmməd adı verilib.