Son 9 ayda baş verən fövqəladə hadisələrdə 70 nəfər ölüb

2016-cı ilin oktyabr ayınadək Azərbaycanda baş verən fövqəladə hadisələrin statistikası açıqlanıb

Source:


2016-cı ilin oktyabr ayınadək Azərbaycanda baş verən fövqəladə hadisələrin statistikası açıqlanıb

.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, 2016-cı ilin 9 ayı ərzində respublika ərazisində 42 partlayış hadisəsi baş verib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 hadisə və ya 2 faiz azdır. Partlayışlar zamanı 5 nəfər ölüb, 67 nəfər xəsarət alıb.

Bu ilin 9 ayı ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün 10 445 çıxış edilib. Yanğın hadisələri zamanı 29 nəfər ölüb, 120 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 26 nəfər və ya 48 faiz, xəsarət alanlar üzrə 13 nəfər və ya 98 faiz çoxdur.

2016-cı ilin 9 ayı ərzində respublika ərazisində 10 613 təbii və texnogen mənşəli hadisə qeydə alınıb. Baş vermiş hadisələr nəticəsində 36 nəfər ölüb, 192 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 55 nəfər xilas edilib, 812 nəfər təxliyə olunub.

Ana səhifəXəbərlərSon 9 ayda baş verən fövqəladə hadisələrdə 70 nəfər ölüb