Son 5 ayda əhali kreditlər üzrə faizlərin ödənilməsinə 490 milyon manat xərcləyib

Samir Əliyev: Kreditləşmənin azalması ölkə iqtisadiyyatına mənfi təsir göstərir, bu gün sahibkarlar pul tapmadıqlarından bizneslərini genişləndirə bilmirlər

Source:


Samir Əliyev: Kreditləşmənin azalması ölkə iqtisadiyyatına mənfi təsir göstərir, bu gün sahibkarlar pul tapmadıqlarından bizneslərini genişləndirə bilmirlər

Yanvar-may aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,3 faiz artaraq 17 mlrd. 511,6 mln. manata çatıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, əhalinin hər bir nəfərinə düşən gəlirlər orta hesabla 1822,9 manat və ya ayda 364,6 manat təşkil edib.

Bu dövr ərzində gəlirlərin 79,4 faizi (13,9 mlrd. manat) son istehlak xərclərinə, 9,5 faizi (1,7 mlrd. manat) vergilərin, sığorta və üzvlük haqlarının, 2,8 faizi (490,325 mln. manat) kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 8,3 faizi (1,453 mlrd. manat) isə yığıma yönəldilib.

Əhalinin sərəncamında qalan gəlirlərin 15 mlrd. 846,9 mln. manat olub (APA).

Mövcud durumu Meydan TV-yə şərh edən iqtisadçı Samir Əliyev bildirib ki, kreditləşməylə bağlı sonuncu məlumat 4 ay əvvəl yayılıb və kreditləşmənin getdikcə azaldığını göstərdi: “Bunun bir səbəbi iqtisadi azalma fonunda əhalinin, sahibkarların iqtisadi aktivliyinin azalmasıdırsa, başqa səbəb isə Maliyyə Nəzarət Palatası bir ay müddətinə istehlak kreditlərinin verilməsini qadağan etdi, söhbət dollar kreditlərindən gedir. Aprel ayında dollar kreditləri verilmədiyindən azalma müşahidə olunur”.

Samir Əliyev düşünür ki, bundan sonra kredit qoyuluşunun azalması davam edəcək: “Təbii ki, bu, aylıq ödənişə təsir göstərəcək. Köhnə kreditlər üzrə devalvasiyanın nəticələri olaraq aylıq ödənişlər aparılır, təzə kreditlər üzrə isə getdikcə aylıq ödənişlərin azalmasını müşahidə edəcəyik. Kreditləşmənin azalması ölkə iqtisadiyyatına mənfi təsir göstərir, o baxımdan ki, bu gün sahibkarlar pul tapmadıqlarından bizneslərini genişləndirə bilmirlər. Bu isə iqtisadi aktivliyə mənfi təsir göstərir”.

Ana səhifəXəbərlərSon 5 ayda əhali kreditlər üzrə faizlərin ödənilməsinə 490 milyon manat xərcləyib