”Son 4 ayda Azərbaycan azı 19 hərbçisini itirib”

Xəzər Hərbi Tədqiqatlar İnstitutu statistika açıqlayıb

Source:

foto sosial şəbəkə


Xəzər Hərbi Tədqiqatlar İnstitutu statistika açıqlayıb

“2017-ci ilin ötən müddətində Azərbaycan azı 19 hərbi qulluqçusunu itirib. Onlardan 12-si döyüş, 7 nəfəri isə qeyri döyüş itkisidir”.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun məlumatıdır.

Xəbərə görə, Silahlı Qüvvələrin 12 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa, 2 hərbçi xəstəlikdən, 2 nəfərin intihar etdiyi, 2 nəfərin isə bədbəxt hadisədən (qar uçqunu və tank altında qalma) dünyasını dəyişdiyi bildirilir. 1 nəfərsə əsgər yoldaşının açdığı atəş nəticəsində dünyasını dəyişib.

“Dünyasını dəyişənlərin 9 nəfəri müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu, 8 nəfəri əsgər, 2 nəfərisə zabit olub. Onların hamısı Müdafiə Nazirliyinin hərbi qulluqçuları olublar”.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu

Məlumatda o da deyilir ki, ötən dövrdə ümumilikdə 2 hərbi qulluqçu yaralanıb (və ya xəsarət alıb). Səbəb Ermənistan tərəfin açdığı atəşlərdir:

“24-25 fevral tarixlərində aparılan hərbi əməliyyatlar nəticəsində Azərbaycan tərəfindən yaralanan və ya xəsarət alan hərbi qulluqçuların sayının daha çox olması ehtimalı var. Ötən dövrdə azı 1 dinc sakin həlak olub. Həmin şəxs mina partlayışında həyatını itirib. Bir nəfər Azərbaycan vətəndaşı isə erməni hərbçiləri tərəfindən əsir götürülüb”.

Azərbaycan Müdafiə Nazirliyi ölən və yaralanan hərbçilərlə bağlı hər hansı statistika açıqlamayıb.

Ana səhifəXəbərlər”Son 4 ayda Azərbaycan azı 19 hərbçisini itirib”